Fariz Faiq oğlu Vəliyev 1994-cü il 24 mart tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini 2000-2011-ci illər arasında Bakı şəhərində yerləşən 20 saylı tam orta məktəbində alıb. 2011-2017-ci illərdə İstanbul Kültür Universiteti Beynəlxalq münasibətlər və siyasət fakültəsində təhsil alıb. Təhsil aldığı universitetdə azərbaycanlı tələbələrin koordinatoru olub və Əcnəbi Tələbələr Klubunun sədri vəzifəsin icra edib.
2013-2015-cı illərdə TÜYAP Sərgi Mərkəzində işləyib.
2014-cü ildə Türkiyənin İstanbul şəhərində, Avropa İttifaqı tərəfindən keçirilən tədbirdə könüllü kimi xidmət göstərib.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları Əməliyyat Komitəsində işləyib
2015-ci ildə İstanbul Kültür Universitetinin ən fəal tələbəsi adına layiq görülmüşdür.
2015-ci ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan Gənclik Platformasın təsis etmişdir.
2016-cı ildə İstanbul Kültür Universiteti Rektoru Sıdıka Semahat Demir tərəfindən ictimai fəaliyətinə görə diplomla təltif edilib.
2016-cı ildə Türkiyədə keçirilən bir çox beynəlxalq tədbirlərin iştirakçısıdır.
2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Oyunlarında könüllü kimi xidmət göstərib.
2019-cu ilin oktyabr-dekabr aylarında Beynəlxalq Avrasiya Mətbuat Fondunun və BMT-nin Uşaq Fondu (UNİCEF) birgə layihəsi olan Azərbaycan Gənclərinə Dəstək Programının (AYAP) ,Gənclərlə İş üzrə koordinatoru vəzifəsində işləyib
2019-2020 illər arasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun və BMT-nin Uşaq Fondu (UNİCEF) birgə layihəsi olan Azərbaycan Gənclərinə Dəstək Programının (AYAP) ,Layihə koordinatoru vəzifəsində işləyib
2020-2021-ci illər arasında ANAMA Partlayıcı Sursatlara dair maarifləndirmə mütəxəssisi vəzifəsində işləyib
2021-2022-ci illər arasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsində işləyib.
2022-ci ildən etibarən BMT-nin Uşaq Fondunda (UNİCEF) koordinator vəzifəsini icra edir.